Çərşənbə axşamı, 07 May

"Google" şirkətinə rekord cərimə

image

Təxminən 7 ildir, texnologiya nəhəngi “Google”da çalışan türk menecer Ülkü Rou şirkətə qarşı iddia qaldırıb.

Xəbər verilir ki, buna səbəb şirkətin “cinsiyyətçi maaş siyasəti”ni tətbiq etməsi olub.

Belə ki, “Google” daha az təcrübəli kişi işçilərinə təcrübəli qadın işçilərdən daha çox maaş verirdi.

Ülkünün məhkəməyə verməsində son səbəb isə onun işində əldə edə bilmədiyi yüksəliş məsələsi olub.

O, lazimi keyfiyyətlərə malik olsa da “Google”un vitse-prezidenti vəzifəsinə sahib ola bilməyib.

Bu vəzifəyə adı anonim qalan daha təcrübəsiz kişi işçi keçib. "Ədalətsizliyə" tab gətirməyən qadın məhkəməyə müraciət edib.

Aylarla davam edən məhkəmə nəhayət ki yekunlaşıb. Məhkəmə “Google”u təqsirli bilib və Ülküyə 1,1 milyon dollar təzminat ödəmək barədə qərar çıxarıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24